Moskvada böyük terrorun qarşısı alındı

14:33 | 12.10.2015
Moskvada böyük terrorun qarşısı alındı

Moskvada böyük terrorun qarşısı alındı

Hüquq-mühafizə orqanlarının əməkdaşları ən yaxın zamanda Moskvada terror aktları törətməyi planlaşdıranların dindirilməsini aparır. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, ilkin məlumata görə, cinayətlkarların hədədfi metropoliten, paytaxtın hava limanlarından biri, yaxud əhalinin kütləvi toplaşdığı yerlər ola bilərdi.

  Məlumata görə, təxribat-terror qruplaşmasının fəal üzvlərinin saxlanılması prosesi bu gün yerli vaxtla saat 12 radələrində Moskvanın Presnenski rayonunda başlayıb. Qeyd edilir ki, xüsusi xidmət əməkdaşları Strelbişenski dalanında güclü partlayıcı qurğunu partlatmağa hazırlaşan bir neçə kişinin olduğu haqda operativ informasiya alıb. Bu haqda yerli sakinlərdən biri olan qadın polis çağıraraq deyib ki, qara geyimli həmin şəxslər nəyisə müzakirə ediblər. Həmin qadın onların nə danışdığını eşitməyib, ancaq "detanator” sözü diqqətini cəlb edib.   

Beləliklə, xüsusi xidmət orqanları öz kanalları vasitəsilə cinayətkarların fəaliyyəti ilə bağlı operativ informasiya əldə edə bilib. Bundan sonra ərazidəki mənzillərdən birində faktiki işə salınmağa hazır olan əldəqayırma partlayıcı qurğu aşkar olunub.  Bundan başqa, orada partlayıcı qurğu hazırlamaq üçün digər zəruri məhlullar da tapılıb. Həmin mənzildə, eləcə də digər əməliyyatlar zamanı ümumilikdə 10 qruplaşma üzvü yaxalanıb. Əməliyyat bu saatlarda da davam etdiyindən ətraflı məlumat verilmir.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM