Moskvada daha bir azərbaycanlı saxlanılıb

09:34 | 16.11.2013
Moskvada daha bir azərbaycanlı saxlanılıb

Moskvada daha bir azərbaycanlı saxlanılıb

Rusiya polisi paytaxtda qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçirib və 13 nəfəri saxlayıb

Moskvada qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlı saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya polisi paytaxt küçələrində reydlər keçiriblər. Polis əməkdaşları paytaxtda qanunsuz sərnişindaşıma ilə məşğul olan 13 nəfəri saxlayıb. Lisenziyasız fəaliyyət gösərən şəxslər taksi fəaliyyəti ilə məşğul olublar. 

Saxlanılanlardan biri Azərbaycan, digəri Moldova, qalanları isə yerli sakinləridir. Lakin Azərbaycan vətəndaşının adı açıqlanmayıb. Saxlanılan sürücülər barədə inzibati protokollar məhkəməyə göndərilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM