• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada Əfqanıstan Müharibəsi Muzeyi yaradılacaq

Moskvada Əfqanıstan Müharibəsi Muzeyi yaradılacaq
15.02.2014 17:49
Moskvanın “Poklonnaya Qora” adlanan ərazisində 2016-cı ilə qədər Əfqanıstan müharibəsi, eyni zamanda Rusiya və Sovet İttifaqının hərbçilərin iştirak etdiyi digər lokal münaqişələrin muzeyin yaradılması planlaşdırılır.APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu təşəbbüslə Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyi və Rusiya Hərbi-Tarixi Cəmiyyəti çıxış edib. Təklif Rusiya mədəniyyət naziri Vladimir Medinski və Moskva hökuməti tərəfindən dəstəklənib. Əfqanıstan Müharibəsi Veteranları İttifaqının üzvlərinin də imzaladığı müraciət baxılması üçün paytaxt meri Sergey Sobyaninə təqdim olunub. Müraciətdə muzey üçün yerin ayrılması xahiş olunur. Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyin direktoru Vladimir Zabarovski bildirib ki, hazırda onun rəhbərlik etdiyi muzeydə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyinə həsr olunan sərgi təşkil olunub. Sərgidə sənədlər, şəkillər, hərbçilərin silahları və ləvazimatların nümunələri nümayiş etdirilir. Muzey direktoru əlavə edib ki, Əfqanıstan Müharibəsi Muzeyinin yaradılması çox vacib məsələdir. Bundan əvvəl isə Rusiyanın Əfqanıstan Müharibəsi Veteranları İttifaqı ölkənin ali rəhbərliyinə müraciət edərək, 1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayında müharibəyə verilən siyasi qiymətə yenidən baxılmasını xahiş edib. Veteranların fikrincə, müharibənin müvəffəqiyyətsiz avantüra kimi qiymətləndirilməsi hüquqi və siyasi nöqteyi-nəzərdən əsassızdır. Rusiya Müdafiə Nazirliyi isə prezident Vladimir Putinin Əfqanıstanda döyüşənlərin fədakarlığını və cəsarətini yüksək qiymətləndirdiyini əsas gətirərək, buna ehtiyac olmadığını bildirib. Qeyd edək ki, fevralın 15-də Rusiyada sovet qoşunların Əfqanıstandan çıxarılmasının 25 illiyi qeyd olunur. 9 ildən çox davam edən müharibədə 15 mindən çox sovet əsgəri öldürülüb, 53 mindən çoxu yaralanıb. Ümumilikdə isə SSRİ və Rusiya ölkə hüdudları kənarında 19 ölkədə baş verən 35 lokal müharibədə və silahlı münaqişələrdə iştirak edib. Hərbi əməliyyatlarda təxminən 1.5 milyon əsgər iştirak edib, onlardan 50 minə yaxını həlak olub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol