Moskvada jurnalist İvan Qolunovu dəstəkləmək üçün bu günə təyin olunmuş kütləvi etiraz aksiyası baş tutub. Polis aksiya iştirakçılarını saxlayıb.
Saxlanılanlardan biri – "Vedomosti” qəzetinin müxbiri Vitali Petlevoy bildirib ki, Trubnaya meydanında yeməyə gedərkən tutulub. Saxlanılmanın səbəbi jurnalistə izah olunmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları marşın keçiriləcəyi Myasnitskaya küçəsinə gedən yolu bağlayılblar. Aksiya iştirakçıları başqa küçələrdən keçməyə çalışırlar."Qovorit Moskva” xəbər verir ki. yürüş iştirakçıları Moskva polisinin inzibati binasına tərəf gedərək, Qolunovun tutulmasında günahı olan polis əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !