Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

19:35 | 02.10.2024
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Oktyabrın 7-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın 2020-ci ildə sədrliyinin prioritetlərinin həyata keçirilməsi kontekstində birgə fəaliyyətin ilkin nəticələrinə yekun vuracaq, MDB-də çoxşaxəli əməkdaşlığın inkişaf perspektivlərini, o cümlədən iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ənənəvi və yeni çağırışlara, təhdidlərə qarşı mübarizə, mədəni və humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər”, - deyə o qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür