Moskva ətrafında yerləşən İvanteyevka şəhərində yeniyetmə məktəbdə atəş açıb.
anews.az Report-a istiandən xəbər verir ki, xəsarət alanlar var, atəş açan yeniyetmə hazırda saxlanılıb.
"İnsident səhər saat 10 radələrində baş verib. Yeniyetmənin əlində pnevmatik silah və çəkic olub. O, 10-cu sinifdə dərsi gedən zaman sinif otağına daxil olaraq çəkiclə müəlliməsi və sinif rəhbərinə hücum edib. Uşaqlar başverənlərdən qorxaraq pəncərədən aşağı tullanıblar; iki nəfər xəsarət alıb, bir nəfərin isə ayağı sınıb”, - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Hazırda şagirdlər və müəllimlər məktəb binasından çıxarılıblar. Onlar təhsil müəssisəsinin idman meydançasında toplaşıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !