Məlumata görə, yüzlərlə miqrant saxlanılıb.
Rusiya mətbuatının məlumatına görə, yaxın vaxtlarda ticarət mərkəzində bənzər bir reyd keçirilib. Həmin əməliyyat zamanı saxta miqrasiya sənədləri və sərhəd keçid möhürləri hazırlayan "laboratoriya" aşkarlanıb. O vaxt 400-dən çox xarici vətəndaş və bu qanunsuz fəaliyyəti təşkil etməkdə şübhəli bilinən üç nəfər saxlanılmışdı.
Bu dəfə keçirilən reyd zamanı solçu siyasətçi Gleb Babiç də saxlanılıb. Onun sözlərinə görə, miqrantlara qarşı keçirilən reydi görüb çəkmək istədiyi anda OMON əməkdaşları tərəfindən zorakılığa məruz qalıb və saxlanılıb.
"Bu an OMON əməkdaşı üzərimə atıldı, məni avtozaka üzüstə çırpdı, ayaqlarıma bir neçə dəfə zərbə endirdi, sonra içəri sürükləyib məndən pasportumu və telefonumu tələb etdi”, – Babiç bildirib.
Daha sonra güc strukturlarının əməkdaşları ona qarşı terrorçuluq maddəsi ilə cinayət işi açmaq hədəsi ediblər. Babiç avtozaka mindirilib və ticarət mərkəzinin arxasına aparılıb. Orada isə hərbi polis və böyük bir insan izdihamı olub. Pasportunu yoxladıqdan sonra hüquq-mühafizə orqanları onun hərbi qeydiyyata alınmadığını aşkar ediblər.
"Pasportumu əlimdən aldılar və məni yenidən avtozaka mindirdilər. Aspirant olduğumu sübut edən sənədim heç kəsi maraqlandırmadı”, – siyasətçi əlavə edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !