Moskvada pişiyi binadan atan qadın barəsində cinayət işi başlanıb

21:30 | 18.09.2019
Moskvada pişiyi binadan atan qadın barəsində cinayət işi başlanıb

Moskvada pişiyi binadan atan qadın barəsində cinayət işi başlanıb

Rusiyanın paytaxtı Moskvada pişiyi binanın 4-cü mərtəbəsindən yerə atan 36 yaşlı qadın barəsində cinayət işi başlanıb. 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb. 

Məlumatda bildirilib ki, qadını 3 ilə qədər həbs cəzası gözləyir.  

Qeyd olunub ki, polis şöbəsinə paytaxtın Yermolaevski küçəsində yerləşən yaşayış binasının 4-cü mərtəbəsindən bir qadın tərəfindən yerə pişiyin atıldığı barədə məlumat daxil olub. Veterinar klinikadan verilən məlumata əsasən, pişik ağır xəsarət alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM