Moskvada qadın Azərbaycan səfirliyinə icazəsiz girmək istədi

14:45 | 23.10.2017
Moskvada qadın Azərbaycan səfirliyinə icazəsiz girmək istədi

Moskvada qadın Azərbaycan səfirliyinə icazəsiz girmək istədi

Moskvada yerli sakin zorla Azərbaycanın bu ölkədəki səfirliyinə daxil olmağa cəhd göstərib.

Anews.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də baş verib. Bildirilir ki, iş saatı bitdikdən sonra bir qadın səfirliyin binasının qarşısına gələrək, içəri daxil olmağa çalışıb. 

O, mühafizəçi ilə dalaşıb və səfirliyin qapısını döyərək, Azərbaycana getmək istədiyini deyib.

Adı açıqlanmayan qadın hadisə yerinə çağırılan polis tərəfindən saxlanılıb. Onun spirtli içki qəbul etdiyi bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti