"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvanın üç beynəlxalq aeroportunda 150 reysin hərəkəti dayandırılıb.
Güclü qar və çovğun Moskva yollarında son bir neçə ildə ilk dəfə 10 ballı tıxac müşahidə edilib. Tıxac səbəbindən bir çox nazirlər Nazirlər Kabinetinin son iclasına gecikiblər.
Sinoptiklərin proqnozuna görə, qar və çovğun gün boyu davam edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !