Moskva polisi bu gün səhər saatlarında yenidən paytaxtdakı “Moskva” ticarət mərkəzində reydə başlayıb. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, çox sayda azərbaycanlının da çalışdığı ticarət mərkəzində qanunsuz miqrantlar axtarılır. Lyublinodakı ticarət mərkəzində aparılan reyd zamanı qanunsuz miqrantlarla yanaşı qanunsuz silah, narkotik maddə satışı kimi faktların da aşkarlandığı bildirilir. Bu gün səhər saatlarından etibarən ticarət mərkəzinin giriş və çıxışları bağlanıb.İçəridəki hər kəsin sənədləri yoxlanılır. Bəzi gənclərin sənədlərini təqdim etməkdən imtina etdiyi və hasardan qaçmağa çalışdığı bildirilir. Ancaq polis onların qaçmasına imkan verməyərək saxlayıb və polis bölməsinə aparıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !