Məhkəmə məlumat yaydı.
Moskvanın arbitraj məhkəməsi VTB qrupuna daxil olan Moskva Bankının iddiası ilə Azərbaycan əsilli milyarder Telman İsmayılovun AST qrupuna daxil olan "KBF AST” MMC-nin 213 milyon dollar dəyərində aktivlərini həbs etməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat məhkəmənin saytına yerləşdirilib.
İyulun sonunda Moskva Bankı AST qrupundan 13 mlrd. 380 mln. rubl (213 mln. dollar) məbləğində vəsaitin alınması iddiası ilə məhkəməyə üz tutub.
Avqustun 6-da Moskvanın arbitraj məhkəməsi bu iddia üzrə işi avqustun sonunadək dondurub.
"Kommersant”ın yaydığı məlumata görə, Moskva Bankı və İsmayılovlar ailəsi yaranmış borcun AST-nin Rusiya paytaxtındakı daşınmaz əmlakının satılması ilə ödənilməsi məsələsini həll etməyə çalışsalar da, sövdələşmə pozulub və bank məhkəməyə müraciət edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !