Moskvada yaşayan soydaşlarımıza müraciət edildi

18:43 | 21.11.2013
Moskvada yaşayan soydaşlarımıza müraciət edildi

Moskvada yaşayan soydaşlarımıza müraciət edildi

Ümumrusiya Azərbaycan Konqresinin müraciətində, soydaşlarımızın Rusiyada qanuni yolla yaşamaları əks olunub

Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional təşkilatı Moskvada yaşayan soydaşlarımıza müraciət edib. Moskva regional təşkilatının icraçı direktorunun müavini İlqar Hacıyev ANS PRESS-ə açıqlamasında, Moskva polisinin keçirdiyi reydlər zamanı, saxlanan soydaşlarımızın əksəriyyərinin qanunsuz miqrant olduğunu təsdiqləyib. 

İ.Hacıyevin sözlərinə görə, polis tərəfindən saxlanan soydaşlarımızın sənədləri olmadıqda, Rusiya ərazisindən deportasiya edilir. O, indiyədək polis tərəfindən saxlanılan soydaşlarımızın barmaq izlərinin və sənədlərinin düzgün olub-olmasının yoxlandığını və soydaşlarımıza qarşı heç bir milli ayrı-seçkiliyə rast gəlmədiklərini də sözlərinə əlavə edib. 

İcraçı direktorun müavini, Moskvada yaşayan soydaşlarımıza tez-tez müraciət etdiklərini də qeyd edib. O, soydaşlarımıza edilən müraciətlərdə, Rusiyada qanuni yolla yaşamaları və işləmək qaydalarının əks olunduğunu bildirib: "Reydlər zamanı sənədləri yerində olmayan soydaşlarımız Rusiya ərazisindən deportasiya edilir". 

Qeyd edək ki, Moskva polisi miqrantlar tərəfindən miqrasiya qanunvericiliyinin pozulmasına qarşı Lyublinodakı “Moskva” ticarət mərkəzində reyd keçirib. Reydlər nəticəsində miqrasiya qanunlarını pozmaqda günahlandırılan mindən artıq miqrant saxlanılaraq polis bölmələrinə aparılıb. 

Bu barədə Rusiya DİN-nin mətbuat xidmətindən məlumat verilib. Yoxlamalar nəticəsində saxlanılan miqrantlar arasında Koreya, Vyetnam, Tacikistan, Özbəkistan, Azərbaycan və Əfqanıstandan vətəndaşları da olub.

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM