Bu gün Moskva şəhərində yaşayan soydaşlarımız Azərbaycan səfirliyinin qarşısına toplaşaraq Vətənə, doğma yurdunu döyüş meydanında qoruyan oğullarımıza, şəhidlərimizin ailələrinə dəstəklərini ifadə ediblər.
"Report”un Rusiya bürosu xəbər verir ki, aksiyada iştirak edən 100-dən çox soydaşımız "Qarabağ bizimdir”, "Qarabağı heç kimə vermərik” şüarlarını səsləndiriblər.
Aksiya iştirakçılarının qarşısına çıxan səfir Polad Bülbüloğlu onlara təşəkkür edib:
"Bizim xalqımız həmişə bir və həmrəy olub. Deyə bilərəm ki, Rusiya Federasiyasının vətəndaşı olan soydaşlarımızdan bir neçə müraciət almışam. Onlar da könüllü olaraq cəbhəyə gedib Vətəni müdafiə etmək istəyirlər. Əlbəttə, bu müraciətləri respublikamızın rəhbərliyinə çatdıracağam".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !