Moskvanı qan gölünə çevirəcəkdilər - FTX-dən ƏMƏLİYYAT

16:20 | 14.08.2017
Moskvanı qan gölünə çevirəcəkdilər - FTX-dən ƏMƏLİYYAT

Moskvanı qan gölünə çevirəcəkdilər - FTX-dən ƏMƏLİYYAT

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror qruplaşmasının üzvlərini saxlayıb.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, terrorçular paytaxt Moskvada nəqliyyatın obyektləri və böyük ticarət mərkəzlərində terror aktlarını planlaşdırırdılar.

Tutulanlardan biri İŞİD-in emissarı, partlayıcı qurğuların istehsalı üzrə mütəxəssis və terror aktlarının hazırlığı üzrə kuratordur. Digər iki terrorçunun isə kamikadze olduğu bildirilir.

Qeyd edilir ki, terror qrupu Rusiya və Mərkəzi Asiya dövlətlərinin vətəndaşlarıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM