Moskvanın bağlanan meyvə-tərəvəz bazası yenidən fəaliyyətə başlayır

16:02 | 14.01.2014
Moskvanın bağlanan meyvə-tərəvəz bazası yenidən fəaliyyətə başlayır

Moskvanın bağlanan meyvə-tərəvəz bazası yenidən fəaliyyətə başlayır

Moskva şəhərinin Qərbi Biryulevo rayonunda 3 ay əvvəl fəaliyyəti dayandırılmış meyvə-tərəvəz bazası yenidən fəaliyyətə başlayır.APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ticarət obyektinin yanvarın 15-dən fəaliyyətə başlayacağı gözlənilir. Xatırladaq ki, oktyabrın 13-də Qərbi Biryulevo sakini Yeqor Şerbakovun öldürülməsindən sonra rayon ərazisində kütləvi qarşıdurma yaranıb və meyvə-tərəvəz bazası dağıdılıb. Məhkəmə bazanın fəaliyyətini 90 gün müddətinə dayandırıb.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM