Oğrular Moskvanın mərkəzində biznesmendən 13 milyon rubl (165 100 manat) məbləğində cilalanmamış zümrüdləri oğurlayıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, üç naməlum şəxs gecəyarısı Krasnoselsk küçəsində blokda iş adamına hücum edib.
"Oğrular kişinin üzünə qaz balonundan qaz vurub, bundan sonra ondan cilalanmamış zümrüdlərin olduğu çantanı oğurlayıb və qaçıb gizləniblər”, - polisdən bildirilib.
Polis cinayətkarların axtarışı üzrə tədbirlər həyata keçirir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !