Moskvaya gedən Arayik Harutyunyanın gizli şəkildə çəkilən FOTO-su yayıldı

12:55 | 25.11.2020
Moskvaya gedən Arayik Harutyunyanın gizli şəkildə çəkilən FOTO-su yayıldı

Moskvaya gedən Arayik Harutyunyanın gizli şəkildə çəkilən FOTO-su yayıldı

iki gün əvvəl Ermənistan mətbuatında işğal altında olan Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyan gizli şəkildə Rusiyaya səfər etməsi barədə məlumatlar yayılıb.

xəbər verir ki, Ermənistanın "Mediaport” kanalı Arayik Harutyunyan Moskvaya səfəri zamanı çəkilən fotosunu yayıb.

Bildirilir ki, fotoşəkil dünən səhər Moskvanın Vnukovo hava limanının xüsusi təyyarə terminalında çəkilib. "Mediaport” kanalı qeyd edir ki, fotoşəkildə Arayik Harutyunyandan başqa qondarma rejimin Rusiyadakı "nümayəndəsi” Albert Andryan və KTMT Baş Katibinin müavini Haykaz Bağmanyan yer alıb. Bildirilir ki, onlar Arayik Harutyunyanı Ermənistana yola salırlar.

Məlumatda həmçinin qeyd olunur ki, Arayik Harutyunyanı Moskvaya getmək üçün 25 min avroya "Cessna 525 Citation” markalı təyyarə girələyib.

Qeyd edək ki, iki gün əvvəl Rusiyaya yaxınlığı ilə bilinən Ermənistanın aparıcı media orqanların olan "yerevantoday” portalı yazıb ki, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın təklifi ilə Arayik Harutyunyandan xilas olmaq və separatçıların "Təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayanı onun yerinə gətirmək istəyir.

İddia olunur ki, ayın 23-də Nikol Paşinyan təcili sürətdə Xankəndindən İrəvana çağırdığı Arayik Harutyunyandan istefa etməsini istəyib. Lakin, Samvel Babayanın Rusiya ilə münasibətlərinin yaxşı olmadığını bilən Arayik Harutyunyan Paşinyanın planına mane olmaq üçün Rusiyaya gedib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM