İngiltərənin körpə/uşaq məhsulları pərakəndə satış şirkəti "Mothercare"nin iflas üçün müraciət etməyə hazırlaşdığı bildirilir.
Məlumata görə, "Mothercare"nin İngiltərədəki 79 mağazasında mənfəətin azalması müşahidə olunur. Şirkətin cari ilin mart ayında ölkədən kənarda yerləşən mağazaları 36,3 mln dollar zərər edib.
Xatırladaq ki, son dövrlərdə ölkənin pərakəndə satış şəbəkələri iqtisadi risklər və istehlak tələbin azalması səbəbindən işçilərini işdən çıxarır, mağazalarını bağlayır və ya iflas edirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !