Mourinyo “Çelsi”nin PSJ-dən zəif sayır

20:10 | 21.03.2014
Mourinyo “Çelsi”nin PSJ-dən zəif sayır

Mourinyo “Çelsi”nin PSJ-dən zəif sayır

Joze Mourinyo: "Eyni sözləri “Bavariya” ilə qarşılaşacaq “Mançester Yunayted” haqda da deyə bilərəm"Məşhur iş adamı Roman Abramoviçin klubu olan “Çelsi”nin baş məşqçisi Joze Mourinyo futbol üzrə Çempionlar Liqasının bu gün keçirilən 1/4 final mərhələsinin püşkünü şərh edib. ANS PRESS-in verdiyi xəbərə görə, o, İngiltərənin futbol klublarının növbəti mərhələyə keçmək şansının az olduğunu söyləyib.“Rəhbərlik etdiyim Londonun “Çelsi” klubu ilə Parisin PSJ komandası ilə qarşılaşmada autsayder bizik. Eyni sözləri Almaniyanın “Bavariya” futbolçuları ilə qarşılaşacaq İngiltərənin “Mançester Yunayted” komandası haqda da deyə bilərəm. Bəzən, püşk bizi autsayderlərlə qarşılaşdırırdı. Bu dəfə belə olmadı. Hazırkı durumda autsayder “Çelsi” və “Mançester Yunayted”dir”, - deyə o vurğulayıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM