Mourinyo: "Belə oyunlardan dərs almalıyıq"

13:18 | 12.02.2014
Mourinyo: "Belə oyunlardan dərs almalıyıq"

Mourinyo: "Belə oyunlardan dərs almalıyıq"

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Premyer Liqada xal itirdikləri "Vest Bromviç"lə görüş haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan portuqaliyalı mütəxəssis bu cür oyunlardan dərs almalı olduqlarını bildirib:"Bir saat ərzində meydanda ancaq "Çelsi" var idi. Lakin biz oyunda intriqanı öldürə bilmədik. İkinci hissənin ilk 15 dəqiqəsində daha yaxşı oynadıq. Lakin son 10 dəqiqədə meydan sahibləri xal almaq üçün əllərindən gələni etdilər. Bu cür oyunlardan dərs almalıyıq. Əgər bunu bacarmasaq, hər oyunda belə problemlə üzləşəcəyik. İnanıram ki, qarşıdakı oyunlarda bu səhvləri təkrarlamayacağıq".Qeyd edək ki, "Vest Bromviç" - "Çelsi" oyunu 1:1 hesabı ilə başa çatıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb