Mourinyodan transfer açıqlaması

18:23 | 30.11.2013

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo transfer planları haqda danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis yanvar ayında komandaya heç bir futbolçu gətirməyəcəklərini deyib: 

"Hazırda hər hansı bir oyunçunun transferi üçün danışıqlar aparmırıq.  Yanvar ayında heç bir transfer etməyəcəyik, kimsə də komandadan göndərilməyəcək".

Qeyd edək ki, London klubunun Fabio Koentrau ilə maraqlandığı iddia edilirdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM