ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Mürsi etiraz aksiyalarına çıxanların Sisi tərəfindən öldürüldüyünü, sdəcə ordunun etibarının qorunması məqsədilə onun vəzifədən alınmadığını deyib.
Mürsi 25 yanvar çevrilişindən əvvəl və sonra aksiyaçıların hazırkı prezident Abdülfəhhat əl Sisinin başında dayandığı qrup tərəfindən öldürüldüyünü vurğulayıb: "Vəzifəmə başladıqdan sonra öz-özümə bu aksiyaçıları öldürən kimlərdir, onları yadplanetlilər öldürmür axı - deyə soruşurdum. Çünki bir qrup adam bu hadisələrdə Müsəlman Qardaşlarını günahlandırırdılar. İndi isə sizə bunu kimlərin etdiyini söyləyəcəyəm. Vəzifəmə başlayandan sonra "Həqiqətləri Araşdırma Komissiyası" yaratdım. Onun üzvləri və sədri indi də həyatdadır. 21 dekabr 2012-ci ildə mənə ilk hesabatlarını təqdim etdilər. Mən də həmin hesabatı Baş prokurora təqdim etdim. 21 noyabr 2012-ci il tarixində 25 yanvar çevrilişimini qorumaq üçün "anayasa nəyannaməsi" elan etməyimin əsl səbəbi bu idi. Bəyannamə silahlı qüvvələr komandanlığında dəyişikliyi nəzərdə tuturdu.
Çevrilişi təşkil edən Abdülfəttah əl Sisi idarəçiliyində olan bir qrup silahlı Təhrirdə aksiyaçıları öldürdü. Təhrir Meydanını görəm otellərin yüksək otaqlarında yerləşdirilən silahlı şəxslər aksiyaçıları vururdular. Bu hotellərin qeydiyyatında da bunlar göstərilib. Bunu öyrəndiyim zaman silahlı qüvvələrin etibarını zəiflətmək və "ordunun başındakı canidir" - deməsinlər deyə Sisini həbs etdirmədim. Qanuni və hüquqi araşdırmanın nəticələrini gözlədim".
O, aksiyaçıları öldürənlərin adlarının və şəxsiyyət vəsiqələrinin nömrələrinə qədər hesabatda qedy olunduğunu, amma orduya bu adları açıqlamaqdan çəkindiyini deyib.
Çevriliş ərəfəsində Misirdə 20 xristian, Muhammed Mahmur prospektində 30 aksiyaçı, Port Sait hadisələrində isə aksiyaçıların 70 faizi öldürülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !