Misirin devrilmiş prezidenti Məhəmməd Mürsinin qızı Şeyma Mürsi atası ilə bağlı maraqlı fikirlər yazıb. ANS PRESS-in məlumatına görə, Məhəmməd Mursinin qızı Şeyma Mürsi atasının məhkəmə prosesslərində iştirak edib. Şeyma Mürsi, məhkəmə prossesləri zamanı əli bağlı və dəmir qəfəs içində hakim qarşısına gətirilən şəxsin atası olmadığını söyləyib. Şeyma Mürsi bu barədə öz “facebook” səhifəsində məlumatlar və atasının şəkillərini paylaşıb.
Atasının şəkillərinin aşağısına isə “baxın bu mənim atam deyil” deyə şərh yazıb:
"Mən əminəm ki bu mənim atam deyil. Siz də müqayisə edin, o mənim atam deyil".
Qeyd edək ki,eks prezident və onun 35 nəfər silahdaşı haqqında casusluq işi üzrə birinci məhkəmə iclası Qahirədə baş tutub.
Araşdırmalara görə, Məhəmməd Mürsi və bir sıra “Müsəlman qardaşları” assosasiyasının yüksəkvəzifəli üzvləri “bir sıra xarici ölkə və təşkilatlar üçün casusluq”la məşğul olub.
ANS PRESS