Müsavat Partiyası qurultayla bağlı müraciətinin cavabsız qaldığı üçün Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.Bu barədə APA-ya məlumat verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, partiya fevralın 11-də qurultaya yer ayrılması ilə əlaqədar BŞİH-ə müraciət edib və qaydaya uyğun olaraq, müraciətə 15 gün ərzində cavab verilməlidir. Lakin müraciət hələ də cavabsız qaldığından partiya qurumu məhkəməyə vermək qərarına gəlib: “Sənədlər bu gün 1 saylı Bakı Şəhər inzibati-iqtisadi məhkəməsinə təqdim edilib və qəbul olunub”. Xatırladaq ki, qurultayın mayın 24-də keçirilməsi planlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !