Müsavat Hacıbala Abutalıbova müraciət edəcək

12:18 | 17.05.2014
Müsavat Hacıbala Abutalıbova müraciət edəcək

Müsavat Hacıbala Abutalıbova müraciət edəcək

Müsavat Partiyası qurultaya yer ayrılması məqsədilə yenidən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəcək.Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.O bildirib ki, BŞİH partiyanın mayın 24-nə təyin etdiyi qurultaya gec cavab verdiyindən, qurultayın vaxtı dəyişdirilib: “Bakı Şəhər İcra Hakimiyyəti bizim fevral ayında göndərdiyimiz müraciətə mayın 15-də cavab verib. Vaxt azlığı səbəbindən biz də qurultayın vaxtını dəyişərək, iyunun 21-nə təyin etmişik. Buna görə də partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçiriləcək və güman ki, yenidən BŞİH-ə müraciət etməli olacağıq”.Xatırladaq ki, BŞİH partiyaya qurultay keçirmək üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini məqsədəuyğun hesab edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM