Müsavat Partiyasının iyunun 28-də keçirilməsi nəzərdə tutulan qurultayı təxirə salınıb.Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında deyib ki, artıq partiyanın qurultayı iyunun 28-də keçirilə bilməz. G.Aslanlı bildirib ki, Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar partiya Məclisinin iyunun 28-də keçirilən toplantısında qəbul ediləcək. O, Müsavat Partiyasının qurultayının payıza təxirə salınmasını da istisna etməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !