Müsavatda daha bir istefa

20:18 | 05.05.2015
Müsavatda daha bir istefa

Müsavatda daha bir istefa

Müsavat Partiyasından daha bir nəfər istefa verib. "Qafqazinfo” xəbər verir ki, bu barədə partiyanın Suraxanı təşkilatının sədri Rövşən Dəmirli sosial şəbəkədə yazıb. 


O qeyd edib ki, Suraxanı rayon təşkilatının keçmiş sədri, tanınmış tarixçi alim Boran Əziz partiyadan istefa verib. Boran bəy istefa ərizəsində yazıb ki, Müsavat Partiyasının keçirilmiş qurultayından sonra Vurğun Əyyubun bəzi siyasi addımlarını təqdir etməsə də, son günlər ona qarşı aparılan qisasçı, kin və qərəz kampaniyasına, repressiv tədbirlərə qəti etirazını bildirərək Müsavat Partiyasının sıralarından istefa verir”.

Qeyd edək  ki, Vurğun Əyyubun partiyadan çıxarılmasına etiraz olaraq partiyanın üzvləri olan Adil Qeybulla, İbrahim İbrahimli də istefa verdiyini açıqlayıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti