• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Müsavatın qurultayının vaxtı məlum oldu

Müsavatın qurultayının vaxtı məlum oldu
11.02.2014 16:25
Müsavat Partiyası qurultay keçirilməsi üçün yerin ayrılması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) məktubla müraciət edib. Partiyadan APA-ya verilən məlumata görə, Müsavat başqanı İsa Qəmbərin imzaladığı məktubda deyilir ki, 2012-ci ilin müxtəlif tarixlərində Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılması xahiş edilib, bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan müxtəlif zalların, o cümlədən Əl Oyunları İdman Sarayının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının ayrılmasının məqsədəuyğun olduğu bildirilib. “Qeyd etdiyimiz yerlərdən başqa münasib yerlərin müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələrin aparılmasının da məsələnin müsbət həllinə kömək edə biləcəyini nəzərə alaraq, biz müzakirələrə hazır olduğumuzu ifadə etmişik. Sizdən Azərbaycan Respublikası Konstitusiyasının və “Siyasi partiyalar haqqında” qanunun tələblərini yerinə yetirərək, 800-1000 nəfərin iştirakı ilə 24 may 2014-cü il tarixində səhər saat 10-dan 20-dək Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün bizə Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılmasına yardımçı olmanızı xahiş edirik. Əgər bizim təklif etdiyimiz yerlərdən başqa bir yer ayırmaq fikriniz olarsa, bu məsələni qarşılıqlı müzakirə yolu ilə həll etməyə hazır olduğumuzu bir daha bəyan edirik”, - deyə müraciətdə bildirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şahbaz Şərifin Azərbaycana səfəri müzakirə edilib
Siyasət 22:00
Şahbaz Şərifin Azərbaycana səfəri müzakirə edilib
Əliyev "Azərbaycan məhəlləsi"nin açılışında iştirak edəcək
Siyasət 21:05
Əliyev "Azərbaycan məhəlləsi"nin açılışında iştirak edəcək
Gürcüstan səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 20:00
Gürcüstan səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycanla Meksika arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Siyasət 19:30
Azərbaycanla Meksika arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Türkiyə və Suriya prezidentləri İstanbulda görüşüb
Siyasət 17:24
Türkiyə və Suriya prezidentləri İstanbulda görüşüb
Hakan Fidan Rusiyaya gedəcək
Siyasət 14:26
Hakan Fidan Rusiyaya gedəcək
Peter Mixalko Azərbaycanı təbrik edib
Siyasət 22:52
Peter Mixalko Azərbaycanı təbrik edib
Avropa liderləri Bakı və İrəvandaTOPLAŞACAQ
Siyasət 20:11
Avropa liderləri Bakı və İrəvandaTOPLAŞACAQ
Samir Nuriyev Ağdamda Qərargahın növbəti iclasın keçirib
Siyasət 19:11
Samir Nuriyev Ağdamda Qərargahın növbəti iclasın keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol