Müsəlman bələdiyyə sədrindən radikallara: "Rədd olun!"

19:32 | 14.01.2015
Müsəlman bələdiyyə sədrindən radikallara:

Müsəlman bələdiyyə sədrindən radikallara: "Rədd olun!"

Hollandiyanın ən böyük şəhərlərindən biri olan Rotterdamın müsəlman bələdiyyə sədri Əhməd Əbutalib "Azadlıqları sevməyən radikallar ölkəni tərk etsin" - deyərək ölkə televiziyasında çıxış edib.

ANN.Az xəbər verir ki, Fransada 17 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra Avropada radikallıq mövzusu müzakirə edilir. Hollandiyada köçkünlərin daha sıx olduğu Rotterdamın müsəlman bələdiyyə sədri televiziyada çıxışı zamanı radikal müsəlmanlara üz tutub. Əslən Mərakeş ərəblərindən olan 53 yaşlı Əhməd Əbutalib 15 yaşından Hollandiyada yaşadığını xatırladıb. O, çıxışı zamanı bildirin ki, Qərb dəyərlərini və həyat qaydalarını mənimsəyə bilməyən müsəlmanların bu toplumun içində yaşamaq haqqı yoxdur: "Bəzi qəzetlərdə çıxan karikaturalara görə burada yaşamaq sizə xoş gəlmirsə, o zaman sizə deyəcəyim tək bir şey qalır: Çemodanlarınızı toplayın və Hollandiyanı tərk edin!"

Ə.Əbutalib 2008-ci ildən Rotterdam şəhərinin bələdiyyə sədridir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM