Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Nəbil əl-Ərəbi bazar ertəsi regiondakı təhdidlərlə mübarizə üçün birləşmiş ərəb qoşunlarının yaradılmasının zəruri olduğunu bəyan edib, "Anadolu” agentliyi xəbər verir.
Ərəb hökumətləri terrorizmlə mübarizə, sülhə dəstək, humanitar yardımın çatdırılması və mülki əhalinin qorunması üçün birgə qüvvələrin yaradılması məsələsini nəzərdən keçirməlidirlər, deyə, əl-Ərəbi ƏDL-in Qahirədə keçirilən xarici işlər nazirləri iclasında bildirib.
"Bu məsələni kollektiv məsuliyyətə əsaslanaraq nəzərdən keçirməliyik”, - deyə, əl-Ərəbi bildirib.//Oxu.az
Bizi sosial şəbəkələrdə izləyin !