Müsəlman gəncləri öldürənə edam cəzası verildi

16:22 | 07.04.2015
Müsəlman gəncləri öldürənə edam cəzası verildi

Müsəlman gəncləri öldürənə edam cəzası verildi

ABŞ-da qətlə yetirilən 3 müsəlman gəncin öldürülməsində təqsirli bilinən 46 yaşlı Craiq Stephen Hicks haqqında edam qərarı çıxarılıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Şimali Karolinanın Çapel Hill qəsəbəsində 3 müsəlman gəncin ölümü ilə bağlı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə Durham şəhər prokurorluğunun prokuroru Cim Dornfried təqsirkar Hicksə edam cəzası tələb edib.
 
 
 
 
Prokuror Dornfried məhkəməyə tələb olunan dəlillərin edam cəzası üçün yetərli olduğunu bildirib. Yüksək Orlando Hudson Məhkəməsi müsəlman gənclərini öldürməkdə təqsirli bilinən Craiq Stephen Hicks-ın edam olunması haqqında hökm verib.

3 müsəlman gəncin qətl hadisəsi fevralın 10-da vaş verib. Diş həkimliyi ixtisası üzrə təhsil alan Deah Barakat və onun 21 yaşlı xanımı Yusor Muhamməd Əbu Salha və 19 yaşlı baldızı Razan Muhamməd başlarından güllə ilə vurularaq öldürülmüşdülər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM