Misir KİV-lərinin yaydığı məlumata görə, yaxın həftələrdə müsəlmanlar üçün yeni beynəlxalq sosial şəbəkə işə salınacaq. "Muslimface” adlanan sosial şəbəkə müsəlman iş adamları tərəfindən yaradılır. Layihə artıq Böyük Britaniya ərazisində "Muslimface Limited” şirkəti kimi qeydiyyata alınıb.
"Muslimface” sosial şəbəkəsi başqalarından kontentinin islami dəyərlərə və qaydalara uyğun olması ilə fərqlənəcək. Saytdan başqa dinə etiqad edənlər də istifadə edə bilərlər. Sayt bir neçə dildə, o cümlədən ingilis, ərəb, türk, fars və s. dillərdə təqdim olunacaq.
"Muslimface” saytını yaradanların fikrincə, yeni sosial şəbəkə müsəlmanlara həm dindaşları, həm də başqa dinlərin nümayəndələri ilə əlaqə yaratmağa, habelə aktual məsələlərə dair fikir mübadiləsi aparmağa kömək edəcək. Özü də bütün bunlar İslam etiketi çərçivəsində olacaq.
Sosial şəbəkədə dindarların heysiyyətini təhqir edən və əxlaq normalarına uyğun gəlməyən materiallar yerləşdirmək qadağan ediləcək. //azertag.az
Bizi sosial şəbəkələrdə izləyin !