Müsəlmanları qəzəbləndirən film "Youtube"dan silinəcək - VİDEO

11:07 | 27.02.2014
Müsəlmanları qəzəbləndirən film "Youtube"dan silinəcək - VİDEO

Müsəlmanları qəzəbləndirən film "Youtube"dan silinəcək - VİDEO

Amerika Birləşmiş Ştatları Federal məhkəməsi "YouTube" video-portalından anti-İslam xarakterli "Müsəlmanların məsumiyyəti" filminin ləğv edilməsinə dair qərar verib. ANS PRESS-in məlumatına görə, buna səbəb isə filmdə rollardan birini ifa edən aktrisa Sindi Li Qarsianın filmin produseri ilə bağlı şikayət etməsi olub. Aktrisanın sözlərinə görə, filmin montajı zamanı onun səsinin üzərindən başqa bir səs dublyaj olunub. Aktrisa səsinə təhrikedici effektin əlavə olunduğunu bildirib. Məhəmməd peyğəmbərə və İslam dininə qarşı həqarətli epizodların olduğu film nümayişə başlandıqdan sonra müsəlman ölkələrində insan itkisinin qeydə alındığı iğtişaşlara səbəb olmuşdu. ABŞ məhkəməsinin qərarı "Youtube" video-portalının sahibi olan "Google" şirkəti tərəfindən icra olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM