Müşfiqabad məscidinin yeni dini icması təsis edildi

15:10 | 01.03.2014
Müşfiqabad məscidinin yeni dini icması təsis edildi

Müşfiqabad məscidinin yeni dini icması təsis edildi

Bir neçə gün öncə Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının özünü buraxması haqqında müraciətinə Dövlət Komitəsində baxılaraq dini icmanın ləğvi barədə qərar qəbul edildi. Eyni zamanda qeyd edilirdi ki, məsciddə yeni icmanın təsisi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb.Modern.az xəbər verir ki, bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Müşfiqabad qəsəbə məscidində apardığı yoxlamalar zamanı bir sıra qanunsuzluqlar aşkarlanıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclasında da adıçəkilən məsciddə radikal dindarların Suriyaya döyüşlərə cəlb olunduqları ilə bağlı fikirlər səslənib.Bu gün məscidin yeni dini icmasının təsis iclası keçirilib. İrşad Süleymanov Müşfiqabad dini icmasının sədri, Şaiq Əliyev isə məscidin imamı seçilib. Dini icmanın yeni heyəti də formalaşıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb