MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı

16:34 | 18.02.2020
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı

MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.

"Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib. 

O bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib. "Araşdırmanın nəticəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında, seçicilərin iradəsinə təsir edən amillərin olması təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Belə ki, 16 saylı seçki məntqəsində səsvermənin etibarsız sayılması üçün şərait yaranıb”. 

İclasda həmin dairənin 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb