MSK-dan poçtla bağlı ittihamlara cavab

17:14 | 19.02.2020
MSK-dan poçtla bağlı ittihamlara cavab

MSK-dan poçtla bağlı ittihamlara cavab

Sosial şəbəkələrdə belə fikir yayıblar ki, guya poçt verilən şikayətlərin təmin olunub olunmaması haqqında qərarı gecikdirir.

Anews.az xəbər veirr ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki. bu iddialar tamamilə əsassızdır. Nə Azərpoçt, nə də MSK şikayətlərlə bağlı qərarları qəsdən gecikdirmir. Bu hal ola bilməz.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdilməsi ilə baökı yayılan iddialara münasibət bildirib.

M.Pənahov MSK-nın iclasda bildirib ki, bu məlumatların heç bir əsası yoxdur.

O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür: "Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunun hanısa məqsədlər üçün edir". /Modern.az


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM