MSK-dan qalmaqallı dairə barədə - AÇIQLAMA

15:33 | 05.11.2015
MSK-dan qalmaqallı dairə barədə - AÇIQLAMA

MSK-dan qalmaqallı dairə barədə - AÇIQLAMA

Mətbuatda Mərkəzi Seçki Komissiyasının (MSK) saytında 35 saylı dairə üzrə nəticələrin sıfırlanması ilə bağlı məlumatlar yayılıb. Bu isə, dairənin nəticələrinin yaxın günlərdə ləğv olunacağı anlamına gələ bilər. 

AzNews.az məlumatın doğru olub-olmadığını öyrənmək üçün MSK ilə əlaqə saxladı. 

Qurumun media və ictimai əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli bildirib ki, yayılan məlumatlar əsassızdır: "Qurumun saytında həmin dairənin nəticələrinin sıfırlanmasını doğru deyil. Hazırda mənim qarşımda saytın səhifəsi açıqdır. Hər şey öz qaydasındadır. Elə bir şey olması mümkün deyil”. 

Xatırladaq ki, həmin dairədən namizədliyini verən Ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrin sıfırlanaraq silindiyi xəbərinin doğru olduğunu bildirib. 

Qeyd edək ki, MSK tərəfindən noyabrın 1-də keçirilən seçkilərdə 35 saylı Xətai 3-cü seçki dairəsi üzrə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin qələbəsi elan olunub. Amma digər iddiaçı Ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrin saxtalaşdırıldığını bildirir. O, üç məntəqədən protokolları əldə edə bilmədiyini, məhz bu məntəqələr üzrə A.Əlizadəyə 2800 səs yazıldığını və bunun hesabına onun qalib elan olunduğunu bəyan edir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM