• $ 1.7
  • € 1.9359
  • ₽ 0.020852
  • ₺ 0.0444
  • £ 2.2618

MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırlayıb

MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırlayıb
13.07.2024 16:45
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırlayıb.Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında əsas məqsəd seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması və vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunması üçün dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinə metodiki kömək göstərilməsi, məlumatlarının artırılması və peşəkarlıqlarının daha da təkmilləşdirilməsidir.

Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabçada seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması, habelə müvafiq rəy və qərar layihələrinin hazırlanması prosedurları aydın və müfəssəl əks olunub.

"Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası dairə seçki komissiyalarına paylanılıb, həmçinin Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir qərar imzalayıb
Siyasət 15:28
Baş nazir qərar imzalayıb
Prezidentlə xanımı Roma Papasının ölümü ilə əlaqədarMüqəddəs Məryəm Ana kilsəsində olub
Siyasət 14:23
Prezidentlə xanımı Roma Papasının ölümü ilə əlaqədarMüqəddəs Məryəm Ana kilsəsində olub
Azərbaycanla enerji və sülh əməkdaşlığı dərinləşir - Kallas
Siyasət 13:55
Azərbaycanla enerji və sülh əməkdaşlığı dərinləşir - Kallas
Azərbaycan Ermənistanı revanşist siyasətdə suçlayıb
Siyasət 13:51
Azərbaycan Ermənistanı revanşist siyasətdə suçlayıb
Avropa İttifaqı ilə ticarət dövriyyəsi 20 milyard ABŞ dolları olub
Siyasət 13:35
Avropa İttifaqı ilə ticarət dövriyyəsi 20 milyard ABŞ dolları olub
Ceyhun Bayramov Kaya Kallası qarşılayıb, ikitərəfli görüş başlayıb
Siyasət 12:58
Ceyhun Bayramov Kaya Kallası qarşılayıb, ikitərəfli görüş başlayıb
Əliyev ATƏT-in Baş katibini qəbul edib
Siyasət 11:54
Əliyev ATƏT-in Baş katibini qəbul edib
Prezident Kaya Kallası qəbul edib
Siyasət 11:06
Prezident Kaya Kallası qəbul edib
Azərbaycan XİN-dən Kanadanın xarici işlər nazirinə CAVAB
Siyasət 23:06
Azərbaycan XİN-dən Kanadanın xarici işlər nazirinə CAVAB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol