MSK Müstəqil Media Mərkəzi yaratdı - Məzahir Pənahov

15:14 | 13.01.2020
MSK Müstəqil Media Mərkəzi yaratdı - Məzahir Pənahov

MSK Müstəqil Media Mərkəzi yaratdı - Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının "Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb. 

"Anews.az” xəbər verir ki, MSK sədri Məzahir Pənahov mərkəzin açılışında iştirak edib.

MSK sədri M. Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək "Seçki-2020” Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradılıb: "Seçki-2020” Müstəqil Media Mərkəzinin www.seçki-2020.az internet səhifəsi artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir. 

Eləcə də seçkilərə dair foto və videogörüntülər təqdim olunur”.
Qeyd edək ki, sözügedən mərkəz "Hilton Baku” hotelində fəaliyyət göstərəcək. 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb