Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Mərkəzi Seçki Komissiyasına qarşı şikayətinə baxılıb.
Aktual.az xəbər verir ki, məhkəmə heç bir araşdırma aparmadan MSK üzvü Ramiz İbrahimovun tovsiyyəsi ilə iddianın təmin olunmaması barədə qərar verib.
MSK rəsmisi Ramiz İbrahimovun cavabı hamını təəccübləndirib: "Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir”.
Günel Səfərovanın reaksiyası isə daha sərt olub: "Saxtakarlıq etməkdənsə, kaş bozbaşı siz bişirərdiniz. Sizin kimi "bozbaşlar” seçkini bu günə qoyub. Siz qadının yerini bozbaş bişirməkdə görürsünüz? Utanmırsınız qadınlara bu cür yanaşırsınız? Axı Vitse-prezident qadındır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !