MSK seçkilərlə bağlı Təqvim Planını hazırladı

09:12 | 01.09.2015
MSK seçkilərlə bağlı Təqvim Planını hazırladı

MSK seçkilərlə bağlı Təqvim Planını hazırladı

Exit-poll keçirmək üçün şərtlər açıqlandı

Artıq iki gündür Azərbaycanda seçki kampaniyası başlanıb. Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planını təsdiqləyib.

MSK sədri Məzahir Pənahov xatırladıb ki, prezident İlham Əliyevin 28 avqust tarixli sərəncamına əsasən Milli Məclisə seçkilər bu il noyabrın 1-də keçiriləcək. Təqvim Planına əsasən namizədlərin irəli sürülməsi prosesi də artıq başlanıb. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18.00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanacaq və 31 oktyabr saat 08:00-da dayandırılacaq. 

Dünən MSK həmçinin bəyan edib ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini oktyabrın 12-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

 Exit-poll keçirmək niyyətində olan təşkilatların MSK-ya yazılı müraciətinə təşkilatın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi barədə sənədin notariat qaydasında təsdiq olunmuş surəti,  təşkilatın exit-poll keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar (exit-poll keçirən şəxslərin sayı, exit-poll keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr və s.) haqqında yazılı məlumat əlavə olunmalıdır. 

Hər bir yazılı müraciətə daxil olduğu gündən başlayaraq 10 gün müddətində MSK tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın  akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir. MSK səsvermə gününə ən azı 10 gün qalmışadək, yəni oktyabrın 22-dək exit-poll keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək və oktyabrın 22-dək bu proses yekunlaşacaq.

Qeyd edək ki, "Azərbaycan Respublikasında seçkilərdə exit-poll keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik və nüfuzlu hüquqi şəxslər exit-poll keçirən təşkilat kimi çıxış edə bilər. Qeyri-hökumət təşkilatları və  xarici hüquqi şəxslər seçkilər keçirilərkən eexit-poll ilə əlaqədar tədbirlərdə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna, habelə Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq iştirak edə bilərlər. Həmin təşkilatların adından exit-pollun keçirilməsinə cəlb edilən şəxslər əsasən seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdırlar. (musavat.com)


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM