• $
  • €
  • ₽
  • ₺
  • £

MÜTDA məktəblərdə istiliklə bağlı açıqlama yayıb

MÜTDA məktəblərdə istiliklə bağlı açıqlama yayıb
26.11.2024 11:21
Təhsil müəssisələrində gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.


Məlumatda bildirilib ki, Agentliyinin tabeliyində 1674 məktəbəqədər təhsil müəssisəsi, 4209 ümumi təhsil müəssisəsi və 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Yay aylarından etibarən təhsil müəssisələrinin təmir-tikintisi və təchizatı istiqamətində aidiyyəti qurumlarla birgə genişmiqyaslı işlər görülüb:


"Bu çərçivədə payız-qış mövsümündə uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib. Təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığı yoxlanılıb, yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində yoxlamalar həyata keçirilib".


Bildirilib ki, gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.


"Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə(odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi təmin olunur", - deyə məlumatda vurğulanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:48
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:19
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Cəmiyyət 17:10
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Cəmiyyət 14:57
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Cəmiyyət 14:09
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Bakıda keçirilən NATO təlimi başa çatıb
Cəmiyyət 13:43
Bakıda keçirilən NATO təlimi başa çatıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Sabahın hava proqnozu açıqlanıb
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Cəmiyyət 12:15
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol