MTN daha bir nəfəri həbs etdi

17:52 | 26.11.2013
MTN daha bir nəfəri həbs etdi

MTN daha bir nəfəri həbs etdi

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönələn hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsi hüquqazidd əməllərlə bağlı başlanılan cinayət işi üzrə daha bir nəfər şübhəli şəxs qismində tutulub.

Bunu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın ölkədə dini nifrət və ayrı-seçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə “cihad etmək haqda fətva” verilməsi və Bakıda “Məşədi Dadaş” məscidinin axundunun qətlə yetirilməsi barədə çağırışlar edilməsi ilə bağlı açılan cinayət işində hansısa yeniliklərin olması barədə sorğusuna cavab olaraq deyib.

Tutulan şəxsin Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Elxan Oktay oğlu olduğunu qeyd edən A. Babayev onun təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyini bildirib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb