“MTN işi”ndə zərərçəkmiş kimi tanınan şəxs həbs edilib

15:31 | 10.06.2017
“MTN işi”ndə zərərçəkmiş kimi tanınan şəxs həbs edilib

“MTN işi”ndə zərərçəkmiş kimi tanınan şəxs həbs edilib

Bakıda dələduzluqla əlaqədar axtarışda olan şəxs tutulub.

Anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, Zaur Siyavuş oğlu Əzimovun adı "MTN işi”ndə zərərçəkmiş kimi çəkilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM