​MTRŞ nümayəndəsi: "Məhkəmə qərarlarından şikayət etmək hüququmuz var"

11:57 | 17.02.2016
​MTRŞ nümayəndəsi:

​MTRŞ nümayəndəsi: "Məhkəmə qərarlarından şikayət etmək hüququmuz var"

 "Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunda baş verən qanun pozuntuları ilə bağlı 23 oktyabr 2015-ci ildə qəbul edilmiş 26 qərar, habelə ANS televiziyasının verilişlərində sponsor reklamı ilə bağlı baş vermiş qanun pozuntuları ilə bağlı 14 qərarın hər biri məhkəmələr tərəfindən yenidən baxılmaq üçün MTRŞ-ya qaytarılıb".

Bunu "Report"a açıqlamasında MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə deyib.

Onun sözlərinə görə, Səbail Rayon Məhkəməsi inzibati xəta ilə bağlı işlərə Şura tərəfindən yenidən baxılması ilə bağlı qərar çıxarsa da, hələ ki, həmin qərarlar tam həcmdə MTRŞ-ya rəsmi təqdim olunmayıb: "Qərarlar bizə rəsmi daxil olduqdan sonra onlara dair, yuxarı məhkəməyə şikayət verilib-verilməməsi məsələsinə baxıla bilər. MTRŞ-nın Səbail Rayon Məhkəməsinin qərarlarından şikayət vermək hüququ var".

T.Mirzəzadə onu da bildirib ki, bir müddət əvvəl MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti