MTRŞ: Telekanallarda bədii şuralar yaradılsa da, lazımi fəaliyyət göstərmirlər

19:45 | 17.04.2015
MTRŞ: Telekanallarda bədii şuralar yaradılsa da, lazımi fəaliyyət göstərmirlər

MTRŞ: Telekanallarda bədii şuralar yaradılsa da, lazımi fəaliyyət göstərmirlər

"Bəzən dildən istifadə ilə bağlı radio və televiziyaların üzərinə çox gedirik.

Nəzərə almalıyıq ki, televiziya və radio cəmiyyətdə olanları təqdim edir, özündən bir şey icad etmir. Televiziyaya dəvət olunan insanlar da cəmiyyətdə təmsil olunan insanlardır. Onlar da telekanallarda dildən yaxşı istifadə etməli və dilin normalarına tam şəkildə əməl etməlidirlər. Bundan əlavə, televiziya aparıcıları da ədəbi dilin normalarına ciddi əməl etməlidirlər".

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev telekanallarda aparılan monitorinqin nəticələri ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Q. Cəbiyev vurğulayıb ki, hər adam diktor ola bilməz, aparıcı ədəbi dilin normalarını yaxşı bilməli, ona riayət etməlidir: "Bizim yaxşı diktorlarımız da olsa da, yerində olmayanlar, yerini bilməyənlər də var”.

MTRŞ-nın sədr müavini kanallardakı bədii şuralarla bağlı da narazılığını bildirib: "Bütün telekanallarda bədii şuralar yaradılsa da, onlar lazımi şəkildə fəaliyyət göstərmir. Əvvəllər Azərbaycanda bir telekanal var idi və bədii şura bır mərkəzdən idarə olunurdu. Amma bu gün ölkədəki telekanalların sayı artıb və onların  hamısında bədii şuralar yaradılıb. Amma o şuralar lazımı səviyyədə işləmirlər, şura üzvləri işlərə lazımi səviyyədə cəlb olunmurlar.  Həmin şuralar işlək formaya çevrilsə, daha yaxşı nəticələr əldə etmək olar".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti