“MTV” kanalının yayımı 8 saatlıq dayandırılacaq

17:04 | 22.02.2024
“MTV” kanalının yayımı 8 saatlıq dayandırılacaq

“MTV” kanalının yayımı 8 saatlıq dayandırılacaq

Audiovizual Şura "MTV” televiziya kanalının efirinin 27 fevral saat 09.00-dan 17.00-dək 8 saat müddətinə dayandırılması barədə qərar qəbul edib. Bu barədə Şuradan məlumat verilib.

Bildirilib ki, buna 20 fevralda kanalının efirində "Tarixin bir günü” proqramında son günlər müzakirə olunan yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin yayılması səbəb olub.

"Həmin mövzunun işıqlandırılması zamanı "Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir); 14.1.9-cu (böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir) və 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir) maddələrinin tələbləri pozulub. Sözügüdən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndiriib", - məlumatda vurğulanıb.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM