Rüstəm Qasımov
Böyük Britaniya paytaxtı məşhur London şəhəri təkcə öz gözəlliyi, iqtisadi gücü, böyüklüyü ilə deyil, həmçinin çoxsaylı muzeyləri, tarixi, memarlıq abidələri, incəsənət hadisələriylə məşhurdur. Bu şəhərdəki bir çox tanınmış məkanlara baş çəkdikdən sonra, mən Londonun ən məşhur muzeylərindən biri olan "Tate Modern” müasir incəsənət muzeyinə də baş çəkmək qərarına gəldim. "Tate Modern” muzeyi dünyada ən çox baş çəkilən 10 muzeydən biridir.
Tarixə baxanda görürük ki, muzey 2000-ci ildə Temzanın cənub sahilində yerləşən köhnə elektrik stansiyası «Bankside Power Station»ın binasında qurulub.
Böyük Britaniyanı böyük edən xüsusiyyətlərdən biri də burada sənətə böyük diqqətin ollmasındadır. 2012-ci ilin dekabrında elan edildi ki, "Tate Modern” qalereyası 5 milyon funt sterlinq dəyərində gənclər üçün art-proqramı həyata keçirəcək. "Milli gənc vizual incəsənət şəbəkəsi” 2013-cü ildən etibarən fəaliyyət göstərməyə başlayıb. 4 il ərzində həyata keçiriləcək proqramda müasir incəsənətlə məşğul olan 15-25 yaş arasında olan 80 min gəncin iştirakı nəzərdə tutulur. Layihənin sponsoru isə Pol Hemlin fondudur, bu fond 25 illik mövcudluğu ərzində 200 dollarlıq qrantlar ayırıb.
"Tate Modern” muzeyi öz nəhəngliyi ilə seçilir, burada rahatlıq üçün eskalatorlar da quraşdırılıb. Muzeyə giriş sərbəstdir. Ancaq bu bir neçə mərtəbədə paylaşdırılan muzeyin daimi ekspozisiyasına aiddir. Muzeydə tez-tez bədii fərdi sərgilər keçirilir, burda sərgilənmək isə hər bir müasir rəssamın arzusudur.
"Tate Modern”də ancaq müasir incəsənə nümunələri sərgilənir. Muzeyin bütün eksponatlarının tarixi 1900-dən o tərəfə keçmir.
Muzeyin daimi ekspoziyasına Kandinski, Maleviç və Matis kimi rəssamların, Endi Uorhol kimi səntkarların orijinal əsərləri daxildir. Daimi ekspozisiya novatorların, məşhur və hətta artıq klassikə çevrilmiş, dünyanı fəth etmiş sənətkarların əsərləri nümayiş olunur.
Bir sözlə, "Tate Modern” incəsənət sevərlərin və həvəskarların çox xoşuna gələcək. Bu reportajda biz oxucularımıza "Tate Modern”in rəsm kolleksiyasından fotoları təqdim edəcəyik. Skulptur və instalyasiyalara gəldikdə isə, onlar növbəti reportajlarımızda yayımlanacaqlar.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !