Müavinət və təqaüdlər barədə rəsmi məlumat

12:19 | 20.05.2023
Bu ilin yanvar-aprel aylarında 436 min nəfərə sosial müavinət, 370  min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat verib.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çox olmaqla 326 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 213 mln. manat ödənilib.

Son 4 ayda 46 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 475 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb